Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı məscidlərin axtarış xəritəsini təqdim edib

Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı məscidlərin axtarış xəritəsini təqdim edib İstənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar
Din
1055
7 Fevral , 2017 11:15
Qafqaz Müsəlmanları İdarəsi Azərbaycandakı məscidlərin axtarış xəritəsini təqdim edib

Bakı. 7 fevral. REPORT.AZ/ GoMap Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) saytı üçün Azərbaycan məscidlərinin axtarış xəritəsini təqdim edib.

“Report”un xəbərinə görə, Qafqaz Müsəlmanlar İdarəsinin təqdim etdiyi siyahı üzrə GoMap.az layihəsi tərəfindən hazırlanmış axtarış xəritəsi ölkədə rəsmi qeydiyyatda olan və hazırda fəaliyyət göstərən məscidlərin dəqiq ünvanları haqda məlumat verir.

İnteraktiv axtarış xəritəsini açmaq üçün QMİ-nin rəsmi internet saytının (www.qafqazislam.com) “Məscidlər” bölməsinə daxil olmaq tələb olunur.

Xəritədən istifadə etməklə istənilən məscidə tərəf hərəkət edən marşrut nömrələrini, habelə yaxındakı ictimai nəqliyyat dayanacaqları haqda məlumat əldə etmək olar.

Mobil istifadəçilər xəritəni açmaq üçün m.gomap.az/qafqazislam keçidindən yararlana bilərlər. Hazırda bu keçid Android və iOS əməliyyat sistemlərini dəstəkləyən smartfonlar üçün nəzərdə tutulub. GoMap.az portalından verilən xəbərə görə, bir neçə ay içində mobil istifadəçilər xəritəni birbaşa QMİ-nin rəsmi saytından aça biləcəklər və xəritə Android, və iOS ilə yanaşı Windows əməliyyat sistemlərini də dəstəkləyəcək

Son xəbərlər

Orphus sistemi