Özbəkistanda hicab taxmağa icazə verilib

Özbəkistanda hicab taxmağa icazə verilib Özbəkistan Prezidenti Şavkat Mirzoyev yeni redaksiyada “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanununu imzalayıb.
Din
380
6 İyul , 2021 15:01
Özbəkistanda hicab taxmağa icazə verilib
0 : 00
0 : 00

Özbəkistan Prezidenti Şavkat Mirzoyev yeni redaksiyada “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanununu imzalayıb.

Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, sənədin mətni bu gün açıqlanıb.

Belə ki, qanun ictimai yerlərdə hicab taxılması və digər dini geyim geyilməsinə tətbiq edilən qadağanı ləğv edir, həmçinin dini təşkilatların qeydiyyatı prosesini asanlaşdırır. İndi dini təşkilatların fəaliyyətini yalnız məhkəmə qaydasında dayandırmaq mümkün olacaq.

Qeyd edək ki, Özbəkistanda “Vicdan və dini təşkilatların azadlığı haqqında” qanun 1991-ci ildə qəbul edilib. Qanuna son dəyişikliklər 1998-ci ildə edilib. 2019-cu ildə Özbəkistan XİN qanunun yeni redaksiyasının hazırlanmasına beynəlxalq ekspertlərin, o cümlədən. BMT və ATƏT-dən mütəxəssislərin cəlb ediləcəyini bəyan etmişdi. ABŞ və Qərb ölkələri bu addımı rəğbətlə qarşılamışdılar.

Son xəbərlər

Orphus sistemi