''Münaqişə ocaqlarında qalan və valideynlərini itirmiş azərbaycanlı uşaqların Azərbaycana gətirilməsi istiqamətində işlər davam etdirilir''.
''Report'' xəbər verir ki, bunu
Onun sözlərinə görə, yaxın zamanlarda Suriyadakı uşaqlardan bir neçəsinin Azərbaycana gətirilməsi planlaşdırılır: ''Münaqişə ocaqlarından qayıdan kişilərin 110-dan çoxu məsuliyyətə cəlb edilib. Hazırda proses davam edir. Münaqişə ocaqlarında iştirak edən 400-ə yaxın Azərbaycan vətəndaşının vətəndaşlığı ləğv olunub. Onlar artıq ölkəyə qayıda bilməzlər. Münaqişə ocaqlarında olan azərbaycanlı qadınların əksəriyyəti hadisələrdə iştirakçı olub. Onların içərisində həbs və edam edilənlər var. Həmçinin həmin qadınların əksəriyyəti vətəndaşlığı məlum olmayan şəxslərlə evlənib və uşaq dünyaya gətirib. Həmin qadınların da vətəndaşlığının ləğv edilməsi məsələsi gündəmdə olacaq''.