Mübariz Qurbanlı: “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”

Mübariz Qurbanlı: “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib” “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”
Din
21 Oktyabr , 2022 09:39
Mübariz Qurbanlı: “Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”
Mübariz Qurbanlı

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib”

“Report”un xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı “Türk-İslam irsinin zənginliyi və onun zamanımızın aktual problemləri qarşısında dəyəri” mövzusunda keçirilən konfransda deyib.

O bildirib ki, bu gün İslam dünyasının mövcud durumu birlik və vəhdəti çox zəruri edib:

“Türk Dövlətləri Təşkilatının yaranması və tərəqqisi yolunda Azərbaycan və Türkiyənin rolu əvəzedilməzdir”.

Onun sözlərinə görə, sovetlər dağılandan sonra türk dünyasının bir araya gəlməsindən ötrü bir sıra addımlar atılıb:

“Türk dövlətlərinin birləşməsi digər dövlətlərə qarşı çevrilməyib. Bunu başqa istiqamətə yönləndirmək istəyənlər var. Ancaq bilsinlər ki, bu, sülhə və tərəqqiyə xidmət edir”.

Son xəbərlər

Orphus sistemi