Mübariz Qurbanlı: "Bəzən təyinatı olmayan şəxslər yas mərasimlərini idarə edir"

Mübariz Qurbanlı: "Bəzən təyinatı olmayan şəxslər yas mərasimlərini idarə edir" Son zamanlar qadın dini ayin icraçılarının təyinatında məqsəd yas mərasimlərində xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsil dini təbliğ etmələridir.
Din
19 İyul , 2023 13:03
Mübariz Qurbanlı: Bəzən təyinatı olmayan şəxslər yas mərasimlərini idarə edir
Mübariz Qurbanlı

"Son zamanlar qadın dini ayin icraçılarının təyinatında məqsəd yas mərasimlərində xurafat, falçılıq kimi zərərli vərdişləri deyil, əsl dini təbliğ etmələridir. Bəzən yas mərasimlərində təyinatı olmayan şəxslər məclis idarə edir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı deyib.

Komitə sədri bildirib ki, əslində, yas məclislərini idarə edən şəxs təhsilli adam olmalıdır, amma vətəndaşa hökm etmək olmaz ki, kimisə dəvət et: "Bu məsələdə vətəndaşın öz seçimi var. Ona görə müəyyən problemlər mövcuddur. Bəzən buna görə Komitəni və Qafqaz Müsəlmanları İdarəsini yersiz tənqid edirlər. Nəzərə almaq lazımdır ki, Azərbaycanın 10 milyondan çox əhalisi var. Kim yasa kimi dəvət edir, bunun hamısını tənzimləyə bilmirik. Komitənin cəmi 179 əməkdaşı var. Biz strategiya ilə məşğuluq.

Təhsili olmayan şəxs dini ayin icra etməz. Bu məsələ məscidlərdə həll olunub. Amma məsciddənkənar proseslərdə ictimaiyyəti inandırmalıyıq ki, təhsili olmayan adamı bu cür məclislərə dəvət etmək olmaz".

Son xəbərlər

Orphus sistemi