Mübariz Qurbanlı: “Azərbaycan bütün dinlərə qarşı öz tolerantlığını hər zaman nümayiş etidirib”

Mübariz Qurbanlı: “Azərbaycan bütün dinlərə qarşı öz tolerantlığını hər zaman nümayiş etidirib” “Azərbaycan dünyəvi dövlətdir və bütün dinlərə qarşı öz tolerantlığını hər zaman nümayiş etidirib”.
Din
15 Dekabr , 2022 11:58
Mübariz Qurbanlı: “Azərbaycan bütün dinlərə qarşı öz tolerantlığını hər zaman nümayiş etidirib”

“Azərbaycan dünyəvi dövlətdir və bütün dinlərə qarşı öz tolerantlığını hər zaman nümayiş etidirib”.

“Report”un xəbərinə görə, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Azərbaycan Mətbuat Şurasının birgə təşkilatçılığı ilə “Vicdan azadlığı və media” mövzusunda keçirilən konfransda çıxışı zamanı deyib.

Onun sözlərinə görə, Azərbaycan Konstitusiyasında ölkənin hansı dinə mənsub olması təsbit olunmayıb: “Azərbaycanın seçdiyi dünyəvilik xəttində dinin siyasətdən ayrı tutulması ideyası əsas tutulub. Dinin siyasiləşməsi çox böyük fəlakətlərə yol aça bilər və bunun bir çox nümunəsini tarixə baxdığımız zaman görə bilərik. Azərbaycan daim bunların əleyhinə olub və həmçinin bütün dinlərdən olan insanların öz ibadətlərini yerinə yetirməsi üçün hər cür şərait yaradıb. Azərbaycanda məscidlərlə yanaşı, kilsələr və sinaqoqlar da fəaliyyət göstərir”.

M.Qurbanlı bildirib ki, bu gün ölkədə fəaliyyət göstərən icmalar hər il dövlətdən maliyyə yardımı alır: “Bu da Azərbaycanın multikultural dəyərlərə nə qədər hörmət göstərdiyinin bariz nümunəsidir. Azərbaycan müsəlman dünyasının bir parçasıdır və planetin 19 faizi müsəlman dünyasına mənsubdur. Ölkədə İslamda vəhdət və birliyin yaradılması üçün kifayət qədər işlər görülür. Bu işdə isə Qafqaz Müsəlmanları İdarəsinin xüsusi rolu var”.

“Xarici mətbuatda bəzi fikirlərə rast gəlinir ki, Azərbaycan şiə dövlətidir. Lakin bu, tamamilə yanlış yanaşmadır. Çünki Azərbaycan dinlərin harmoniyasını və İslamın birliyini təbliğ edən dövlətdir”, - Dini Komitə sədri vurğulayıb.

Son xəbərlər

Orphus sistemi