"Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans keçirilib

"Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans keçirilib Bakıda "Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans keçirilib.
Din
23 İyun , 2022 12:43
Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi mövzusunda konfrans keçirilib

Bakıda "Mənəvi intibah: dini etiqad azadlığının qarantı kimi" mövzusunda konfrans keçirilib.

"Report" xəbər verir ki, konfrans Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi və Bakı şəhəri "Azərbaycan Bibliya Camiyyəti" xristian dini icmasının birgə təşkilatçılığı ilə baş tutub.

Əvvəlcə "Mənəvi intibah" filmi nümayiş olunub.

Çıxışçılar dini təhlükəsizlik məsələsinin daim diqqət mərkəzində saxlanılmasının vacibliyini qeyd ediblər.

Tədbirdə həmçinin, Azərbaycanda tarixən formalaşmış yüksək tolerantlıq mədəniyyətinin cəmiyyətin təhlükəsizliyi üçün böyük potensial olması, həmçinin dini etiqad azadlığının, nümunəvi mühitin qorunub saxlanılması, mövcud təhlükə və təhdidlərin qarşısının alınması üçün sistemli formada maarifləndirmə tədbirlərinin aparılması kimi məsələlər müzakirə edilib.

Dövlət Komitəsinin sədr müavini Siyavuş Heydərov vurğulayıb ki, Azərbaycanda din sahəsində mövcud birlik və həmrəylik yüksək dəyərləndirilir:

"Təəssüf ki, özünü dünyaya beynəlxalq təşkilatlar kimi təqdim edən din və vicdan azadlığından danışan qurumlar bəzən Azərbaycan reallıqlarını qərəzli, qeyri-obyektiv formada göstərməyə çalışırlar. Azərbaycanda dini icmaların rahat şəkildə fəaliyyət göstərməsi üçün bütün lazımi şərait yaradılıb. Azərbaycandakı dini icmalara səslənərək çağırış edirəm ki, ölkə həqiqətlərini, erməni vandalizmini dünya ictimaiyyətinə çatdırmağa var qüvvələri ilə çalışsınlar, fəal olsunlar. Hədəfimiz dini icmalarla ölkədə mövcud olan dəyərləri daha da qorumaq, inkişaf etdirmək, eləcə də bəşəri dəyərlər üçün olduqca mühüm olan dəyərləri qorumaqdır".

Konfrans ölkədə fəaliyyət göstərən müsəlman və qeyri-islam dini icma rəhbərlərinin çıxışları ilə davam edib.

Son xəbərlər

Orphus sistemi