Bakı 16 yanvar. REPORT.AZ / "Təəssüf ki, İslam ölkələrini bir-birinə qarşı qoymaq, onlar arasında məzhəb və təriqət savaşlarına rəvac vermək istəyən xarici dairələr əvvəllər də olub, bu gün də var".
"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı yap.org.az saytına müsahibəsində deyib.
O bildirib ki, bu ilin “İslam Həmrəyliyi İli”nin elan edilməsi müsəlman dünyasında baş verən qarşıdurmaların qarşısının alınması və İslam ölkələri arasında həmrəyliyin yaradılması işinə öz töhfəsini verəcək: "Ölkə başçısının 2017-ci ili “İslam Həmrəyliyi ili” elan etməsi və bu il çərçivəsində görüləcək işlərdə təkcə din amili nəzərə alınmayıb. Din burada müəyyən rol oynayır, amma İslam ölkələrinin müxtəlif sahələrdə biri-birinə dəstək olması, nəzərdə tutulan fəaliyyət istiqamətləri qəbul olunacaq “Tədbirlər Planı”nda da öz əksini tapacaq".