​DQİDK "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatını keçirib

​DQİDK "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatını keçirib Kitabın redaktoru akademik Ramiz Mehdiyevdir
Din
21 Dekabr , 2015 14:01
​DQİDK İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir kitabının təqdimatını keçirib

Bakı. 21 dekabr. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsi (DQİDK) "İlham Əliyev: Azərbaycan tolerantlıq örnəyidir" kitabının təqdimatını keçirib.

"Report" xəbər verir ki, təqdimat mərasimində DQİDK sədri Mübariz Qurbanlı, Qafqaz Müsəlmanları İdarəsi (QMİ) sədrinin müavini Qəmərxanım Cavadova, Bakı şəhəri Dağ Yəhudiləri dini icmasının sədri Milix Yevdayev, Bakı yeparxiyasının arxiyepiskopu və başqaları iştirak edib.

Təqdimat mərasimini açan Mübariz Qurbanlı bildirib ki, kitab Prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə əlaqədar çıxışlarını özündə əks etdirir: "Bu kitabda 2003-2015-ci illərdə ölkə Prezidenti İlham Əliyevin dövlət-din münasibətləri ilə bağlı imzaladığı sərəncamlar, tolerantlıq və multikulturalizm ideyalarını ehtiva edən çıxışları, nitqləri, görüşləri, müqəddəs dini məkanlara etdiyi səfərləri, ayrı-ayrı dini mərasimlərdə, din məbəd və abidələrin açılışında iştirakı zamanı etdiyi çıxışlar toplanılıb. Məqsədimiz ondan obarətdir ki, Prezident İlham Əliyevin dövlət-din münasibətləri ilə əlaqədar həyata keçirdiyi siyasət, o cümlədən söylədiyi fikirlər icimaiyyətə, dini icmalara daha geniş şəkildə çatdırılsın. Bu cür kitablar məscidlərdə, dini məbədlərdə olmalıdır ki, insanlar dövlətin hansı siyasəti yeritdiyini bilsinlər".

Kitabın redaktoru akademik Ramiz Mehdiyevdir.

Son xəbərlər

Orphus sistemi