Komitə sədri: Türkiyə-Azərbaycan əlaqələri bütün dünyada həmrəyliyin nümunəsi kimi qəbul edilir

Komitə sədri: Türkiyə-Azərbaycan əlaqələri bütün dünyada həmrəyliyin nümunəsi kimi qəbul edilir Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi altında strateji müttəfiqlik münasibətlərinin yeni bir səviyyəyə yüksəldiyini vurğulayıb.
Din
29 May , 2024 18:25
Komitə sədri: Türkiyə-Azərbaycan əlaqələri bütün dünyada həmrəyliyin nümunəsi kimi qəbul edilir

Azərbaycan və Türkiyə Prezidentlərinin rəhbərliyi altında strateji müttəfiqlik münasibətləri yeni bir səviyyəyə yüksəlib.

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Ramin Məmmədov Türkiyəyə səfər çərçivəsində rəhbərlik etdiyi nümayəndə heyəti ilə Türkiyə Böyük Millət Məclisində (TBMM) olarkən deyib.

R.Məmmədov Türkiyə-Azərbaycan əlaqələrinin bütün dünyada qardaşlığın, birliyin, həmrəyliyin nümunəsi kimi qəbul edildiyini deyib.

Dövlət Komitəsinin sədri bütün istiqamətlərdə olduğu kimi, dini sahədə də hökumətlərarası əlaqələrin davamlı şəkildə inkişaf etdirilməsinin hər iki ölkə üçün faydalı olduğunu qeyd edib. O bildirib ki, bəzi coğrafiyalarda islamofobiya meyillərinin güclənməsi, dini məsələlərin tənzimlənməsi sahəsində meydana çıxan çağırışlar qarşılıqlı məsləhətləşmələrin və təcrübə mübadiləsinin genişləndirilməsini zərurətə çevirir.

Azərbaycanla Türkiyə arasında qardaşlıq münasibətlərinin mühüm əhəmiyyətə malik olduğunu, qarşılıqlı səfərlərin əlaqələrin daha da möhkəmlənməsinə xidmət etdiyini qeyd edən Türkiyə-Azərbaycan parlamentlərarası dostluq qrupunun rəhbəri Şamil Ayrım bu cür görüşlərin Azərbaycan və Türkiyə arasında daha səmərəli əməkdaşlığın qurulmasına töhfə verəcəyinə inamını ifadə edib.

Görüş zamanı qarşılıqlı maraq doğuran bir sıra məsələlər ətrafında fikir mübadiləsi aparılıb.

Son xəbərlər

Orphus sistemi