Dövlət Komitəsinin sədri: "Dünya ciddi təhdidlərlə üzləşib"

Dövlət Komitəsinin sədri: "Dünya ciddi təhdidlərlə üzləşib" "Tolerant dəyərlər bugünkü dünya üçün çox vacibdir".
Din
20 Dekabr , 2022 11:36
Dövlət Komitəsinin sədri: Dünya ciddi təhdidlərlə üzləşib
Mübariz Qurbanlı

"Tolerant dəyərlər bugünkü dünya üçün çox vacibdir".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı "Prezident İlham Əliyev siyasəti: dünyəvilik və multikultural dəyərlər" mövzusunda konfransda deyib.

O bildirib ki, bu gün dünya ciddi təhdidlərlə üzləşib: "Bu təhdidlərin qarşını almaq üçün barışa ehtiyac var. Bu məsələdə dini liderlərin üzərinə böyük öhdəlik düşür. Tolerantlıq olmasa, daha ciddi təhdidlər görə bilərik".

M.Qurbanlı xatırladıb ki, tolerantlıq yalnız bir ölkə üçün olmamalıdır: "Bu, qlobal tendensiyadır. Dünyada səmavi dinlərlə yanaşı, digər inanclar da var. İnsanlar buna hörmətlə yanaşmalıdır".

Dövlət Komitəsinin sədri söyləyib ki, artıq dünyada yeni çağırışlar formalaşıb. M.Qurbanlının fikrincə, yeni çağırışlara uyğun siyasət formalaşmalıdır: "Biz bunu Prezident İlham Əliyevin siyasətində aydın görürük. Dünyəvilik Konstitusiyaya görə Azərbaycanın seçdiyi yollardan biridir. Dövlət və din ayrı olmasına baxmayaraq, dövlət dini himayə edir. Dövlət din üçün öz maddi imkanlarından istifadə edir. Azərbaycanda bu siyasət bu gün daha təkmilləşib. Ölkəmizdə bütün dini icmalara bərabər imkanlar yaradılıb. Bu, dünyaviliyin təzahürüdür".

O deyib ki, bu gün Azərbaycanda yaşayan hər bir azərbaycanlı hansı dinə mənsub olmasından asılı olmayaraq Azərbaycan vətənpərvəridir. M.Qurbanlı bildirib ki, bu ideoloji xətt Azərbaycanı din adı altındakı radikal təhdidlərdən qoruyur: "Azərbaycanda Prezident İlham Əliyevin apardığı siyasət praqmatik siyasətdir. Dövlət başçısının apardığı siyasətdə dünyəvilik və multikultural dəyərlər mühüm yer tutur".

Komitə sədri deyib ki, ermənilər torpaqlarımızın işğalı dövründə bütün dini-tarixi abidələri dağıdıblar: "Əlbəttə, onların əməlləri bizə məlum idi. Amma torpaqlarımız azad olunandan sonra həmin mənzərə daha aydın göründü. İndi biz həmin hadisələri ictimailəşdirmək məqsədilə o ərazilərə vaxtaşırı səfərlər təşkil edirik".

Son xəbərlər

Orphus sistemi