Dövlət Komitəsi: "Dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir"

Dövlət Komitəsi: "Dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir" "Dini mövqedən Azərbaycana yönəldilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zama önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi k
Din
14 Noyabr , 2022 13:06
Dövlət Komitəsi: Dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir
Səyavuş Heydərov

"Dini mövqedən Azərbaycana yönəldilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zama önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq".

"Report"un xəbərinə görə, bu fikirləri Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədr müavini Səyavuş Heydərov jurnalistlərə açıqlamasında deyib.

Onun sözlərinə görə, Yaxın şərqdə baş verən pşroseslərə nəzər saldıqda görürük ki, həmin həmin bölgədə dini təlükəsizlik məsələləri zamanında həll edilsəydi, bu problemlər çözülsəydi, indi orada başqa mənzərə olardı:

"Zamanında məzhəbçilik zəminində baş verən proseslər vətəndaş müharibəsi, dağıntılar və kütləvi insan qırğını ilə nəticələndi. Ona görə də müsəlman dünyası, o cümlədən Şərq ölkələri üçün dini təhlükəsizliyin təminatı olduqca vacib məsələdi. Azərbaycan da bu təhdidlərdən, bu proseslərdən sığortalanmayıb. Çünki dini mövqedən Azərbaycana yönlədirilən təhdidlər, təsirlər bir an belə səngimir. Ona görə də biz ölkəmizdə dini təhlükəsizlik məsələlərinə hər zama önəm veririk və artıq biz bu ənənəni ulu öndər Heydər Əliyev tərəfindən qoyulmuş siyasətin tərkib hissəsi kimi qəbul edərək diqqət mərkəzində saxlayırıq. Ümumiyyətlə bizim ölkəmizin din siyasətinə nəzər saldıqda iki başlıca vəzifə qarşımızda durur. Birincisi, dini etiqad, din azadlığının təminatı dövlətimizin din siyasəti üçün prioritet məsələdir. Ona görə də, bütün dini konfesiyaların nümayəndələrinə dövlət tərəfindən kifayət qədər diqqət və qayğı göstərilir. İkinci bir istiqamət dini təhlükəsizliyin təminatıdır. Bu iki məsələ bir birinə o qədər bağlıdır ki, birində hər hansı gərginlik olarsa digərinə təsir göstərir. Ona görə də dini təhlükəsizliyin təminatı elə din azadlığının təminatı üçün başlıca bir elementdir".

Son xəbərlər

Orphus sistemi