Cəlilabadda axund koronavirusdan vəfat edib

Cəlilabadda axund koronavirusdan vəfat edib Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.
Din
890
9 Dekabr , 2020 17:01
Cəlilabadda axund koronavirusdan vəfat edib
Hacı Fikrət Əzimov

Cəlilabad rayonunda axund koronavirus infeksiyasından vəfat edib.

"Report"un Muğan bürosunun məlumatına görə, rayonun Alar kənd məscidinin axundu Hacı Fikrət Əzimov koronavirusdan dünyasını dəyişib.

Uzun illər axund kimi fəaliyyət göstərən 55 yaşlı din xadimi insanlar arasında dini maarifləndirmə sahəsində xidmət göstərib.

Qeyd edək ki, Cəlilabad rayonu koronavirusun geniş yayıldığı rayonlardan biridir. Buna görə də rayonda sərtləşdirilmiş karantin rejimi tətbiq edilib və rayona giriş-çıxış dayandırılıb.

Son xəbərlər

Orphus sistemi