Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub

Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub Lənkəran rayonu Liman şəhər dini icması ləğv edilib
Din
7 Noyabr , 2016 14:01
Bu il Azərbaycanda 22 dini qurum ləğv olunub

Bakı. 7 noyabr. REPORT.AZ/ Lənkəran rayonu Liman şəhər məscidi dini icması (377 nömrəli, 29.06.2000-ci il tarixli şəhadətnamə ilə dövlət qeydiyyatına alınıb) təsisçilərinin ümumi yığıncağında 1 nömrəli protokol ilə həmin dini icmanın ləğv olunması barədə qərar qəbul edib.

Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin İctimaiyyətlə əlaqələr şöbəsi "Report"un məlumatını təsdiqləyib.

Komitədən bildirilib ki, vaxtı ilə Ədliyyə Nazirliyində qeydiyyata alınmış Liman şəhər dini icmasının ləğvinin səbəbi yeni dini icmanın yaradılmasıdır: "Köhnə dini icmanın ləğvi barədə mətbuatda elan verilib, lakin prosedur hələ başa çatmayıb. Belə ki, dini icma dövlət qeydiyyatından çıxarıldıqdan sonra ləğv edilmiş sayılır".

Dövlət Komitəsindən onu da bildiriblər ki, 2016-cı il ərzində 22 dini qurum ləğv olunub. 

Son xəbərlər

Orphus sistemi