Bakı. 1 oktyabr. REPORT.AZ/ Bu gün Azərbaycanda Məhərrəm ayının onuncu günü, Aşura qeyd olunur.
"Report" xəbər verir ki, Aşura günü ilə əlaqədar olaraq ölkədəki məscidlərdə imam Hüseyn əzadarlığı keçiriləcək.
Qeyd edək ki, Miladi təqvimi ilə sentyabrın 22-də başlayan Məhərrəm ayı ilə əlaqədar olaraq Qafqaz Müsəlmanları İdarəsi (QMİ) Fətva verib. Fətvada xatırladılıb ki, müqəddəs aylardan olan Məhərrəm ayı Həzrət Peyğəmbərin (s) buyurduğu kimi, müharibə və münaqişələrin qadagan edildiyi aylardandır. Bu ayın onuncu, yəni Aşura günü İslam tarixinə Həzrət Peyğəmbərin (s) əziz nəvəsi İmam Hüseyn əleyhissəlamın və Əhli-Beyt (ə) tərəfdarlarının haqq uğrunda şəhadətə yetişdiyi bir gün kimi daxil olub. Faciəli hadisə Hicri-qəməri təqvimi ilə 61-ci ildə Kərbəlada baş verib.
Xatırladaq ki, Aşura münasibəti ilə bu gün QMİ-nin təşəbbüsü ilə aşağıda qeyd olunan siyahıda qanvermə aksiyası keçiriləcək:
1. Yasamal rayon Təzə-pir məscidi
2. Yasamal rayon Hacı Soltanəli məscidi
3. Səbail rayon Bibi-Heybət ziyarətgah məscidi
4. Səbail rayon İçərişəhər Cümə məscidi
5. Suraxanı rayon Qaraçuxur məscidi
6. Xəzər rayon Mir Mövsüm ağa ziyarətgah məscidi
7. Nizami rayon Keşlə qəsəbə məscidi
8. Sumqayıt şəhəri Cümə məscidi
9. Gəncə şəhəri İmamzadə ziyarətgah məscidi
10. Mingəçevir şəhər Heydər məscidi
11. Şəki şəhəri mərkəzi Cümə məscidi
12. Lənkəran şəhəri Böyükbazar Cümə məscidi
13. Bərdə şəhəri Cümə məscidi
14. Nəsimi rayonu Əjdərbəy məscidi
15. Sabunçu rayonu Rəhimə xanım ziyarətgah məscidi
16. Göyçay rayonu Əbülfəzlil Abbas məscidi
17. Quba rayonu Ərdəbil məscidi