Bakıda Qədr gecəsi keçirilir – FOTOREPORTAJ

Bakıda Qədr gecəsi keçirilir – FOTOREPORTAJ Bakıda məscidlərdə Qədr (Əhya) gecəsi keçirilir.
Din
19 mart 2025 02:51
Bakıda Qədr gecəsi keçirilir – FOTOREPORTAJ

Bakıda məscidlərdə Qədr (Əhya) gecəsi keçirilir.

“Report” xəbər verir ki, ikinci Qədr gecəsi martın 20-də, üçüncüsü 22, sonuncusu isə 26-da olacaq.

Martın 30-u və 31-i Fitr (Ramazan) bayramıdır. Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, martın 30-u və 31-i Azərbaycanda Ramazan bayramı kimi qeyd olunacaq.

Qeyd edək ki, mərhəmət və şəfqət ayı olan müqəddəs Ramazan ayı ərzində iftar süfrələri açmaq, yardım və xeyriyyəçilik etmək, ehtiyacı olanlara, kimsəsiz insanlara, uşaq evlərinə, ahıl və qocalara imkan daxilində köməklik göstərmək Allah nəzərində bəyənilən əməllərdəndir. Quran tilavəti, valideynlərin qayğısına qalmaq, dünyasını dəyişənlərin ruhlarını yad etmək, elm-irfan və ibadətlə məşğul olmaq bu ayda ən böyük savab əməllərdən sayılır.

“Report” Heydər məscidində Qədr gecəsindən fotoları təqdim edir.

Son xəbərlər

Orphus sistemi