Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsində mərasim keçiriləcək
Din
203
6 Yanvar , 2015 19:55
Azərbaycanın pravoslav xristian icması Milad bayramını qeyd edir

Bakı. 6 yanvar. REPORT.AZ/ Dünya provaslavları, o cümlədən Azərbaycanda yaşayan yerli və əcnəbi provaslavlar xristianlığın ən müqəddəs bayramlarından hesab olunan Milad bayramını qeyd edirlər.

"Report" xəbər verir ki, Bakı və Xəzəryanı ölkə porvoslavlarının rəhbəri, yepiskop Aleksandr bayram mərasiminin yanvarın 6-dan 7-nə keçən gecə Nəsimi rayonunda yerləşən “Müqəddəs Məryəm – mövlud” pravoslav kilsəsində keçiriləcəyini bildirib.

Bundan başqa, yanvarın 8-də Səməd Vurğun adına Rus Dram tetarında da Milad mərasimi təşkil olunacaq.

Son xəbərlər

Orphus sistemi