Azərbaycandan bir qrup zəvvarın Ümrə ziyarəti başlayıb
Din
- 05 fevral, 2018
- 06:10
Bakı. 5 fevral. REPORT.AZ/ Ötən gün Azərbaycandan bir qrup zəvvarın kiçik Həcc ziyarəti (Ümrə) başlayıb.
“Report”un məlumatına görə, 50-dək şəxsin iştirak etdiyi səfər fevralın 13-dək davam edəcək. Həmin gün zəvvarlar Azərbaycana qayıdacaqlar.
Xatırladaq ki, 3 günlük Mədinə, 5 günlük Məkkə ziyarəti ilə yekunlaşan Ümrə ziyarəti üçün digər qrupun səfəri mart ayına planlaşdırılır.
Qeyd edək ki, Həcc ziyarətindən iki ay sonra kiçik Həcc ziyarətinə səfərlər başlayır. Bu il Ümrə ziyarəti üçün tələb edilən vəsaitin məbləği aşağı salınıb. Məsələn, keçən il Ümrə ziyarəti üçün ən aşağı qiymət 2 min dollardan çox idi. Hazırda qiymətlər otelə görə 1500 dollardan 2300 dollara qədər dəyişir. Yəni, qiymətlər 500 dollardan da çox ucuzlaşıb.
Son xəbərlər
05:07
Cem Adrian və İlker İnanoğlu barəsində saxlanılma qərarı çıxarılıb
Region04:46
Pakistan İranla ABŞ-yə Hörmüz boğazında birgə patrul xidməti göstərməyi təklif edib
Digər ölkələr04:28
NYT: İslamabadda İran və ABŞ arasında danışıqlar dostluq atmosferində keçib
Digər ölkələr03:39
Video
Qərbi Azərbaycan Xronikası: "Rusiyaya ümid erməni siyasətinin təhlükəli oyunu idi"
Daxili siyasət03:27
"Betmen" trilogiyasının ulduzu Con Nolan vəfat edib
İncəsənət02:53
İslamabadda keçirilən İran-ABŞ danışıqları başa çatıb - YENİLƏNİB-4
Region02:04
Foto
Azərbaycan pravoslavları Pasxa bayramını qeyd edirlər
Din02:03
Tramp: İslamabaddakı danışıqların nəticəsinin əhəmiyyəti yoxdur, biz qalib gəldik
Digər ölkələr01:52