Azərbaycanda yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara biləcəkmi?

Azərbaycanda yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara biləcəkmi? Qəmər Cavadlı: "QMİ-də İslam kolleclərinin idarəçiliyi ilə məşğul olacaq yeni bir şöbə yaradıla bilər"
Din
2 İyun , 2017 16:05
Azərbaycanda yeni yaradılan İslam kollecləri bu il tələbə qəbulu apara biləcəkmi?
Report.az

Bakı. 2 iyun. REPORT.AZ/ "Azərbaycan Prezidenti İlham Əliyevin fərmanı ilə mart ayında yaradılan yeni İslam Kolleclərinin bəzilərində bu il tələbə qəbulu aparmaq imkanları məhduddur".

Bunu "Report"a açıqlamasında Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədr müavini Qəmər Cavadlı deyib.

Onun sözlərinə görə, kolleclərin işinin təşkili zamanla mərhələli şəkildə həyata keçiriləcək: "Kolleclərin işinin təşkili ilə bağlı iclasların keçirilməsi nəzərdə tutulur. Məktəblərin rəhbərləri toplanacaq, problemlər müzakirə olunacaq, pedaqoji kollektiv, təhsil planı, metodik vəsaitlər sistemi formalaşacaq. QMİ-də İslam kolleclərinin idarəçiliyi ilə məşğul olacaq yeni bir şöbə yaradıla bilər. Artıq bəzi yerlərdə məktəbin binası hazırdır. Bəzilərində isə binanın təmirə, yaxud yenidən qurulmasına ehtiyac var. Avadanlıq təminatı, binanın tədris standartlarına uyğunluğu məsələsi diqqətdə saxlanılacaq”.

Qeyd edək ki, QMİ-nin bu zamana qədər fəaliyyət göstərən üç dini mədrəsəsi var idi. Onlar Zaqatalanın Əliabad qəsəbəsində, Şəki və Bakı şəhərlərində fəaliyyət göstərir. Həmin mədrəsələrə kollec statusu verilib. Hazırda isə daha 8 İslam Kollecinin fəaliyyətinin təşkili istiqamətində işlər aparılır. Bunlar Heydər İslam Kolleci, Zaqatala İslam Kolleci, Gəncə İslam Kolleci, Lənkəran İslam Kolleci, Quba İslam Kolleci, Nardaran İslam Kolleci, Bibiheybət İslam Kolleci və Naxçıvan İslam Kollecidir.

Son xəbərlər

Orphus sistemi