Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq Matəm günü ilə əlaqədar Azərbaycandakı məscidlərdə anma tədbirləri keçiriləcək.
Din
25 Dekabr , 2024 16:22
Azərbaycan məscidlərində təyyarə qəzası qurbanlarının xatirəsi anılacaq

Azərbaycan məscidlərində Aktau yaxınlığında AZAL-a məxsus təyyarənin qəzaya uğraması nəticəsində həlak olanların xatirəsi anılacaq.

Bu barədə "Report"un sorğusuna cavab olaraq Qafqaz Müsəlmanları İdarəsindən məlumat verilib.

Qeyd edilib ki, qəzada həlak olanların xatirəsi yad ediləcək, onların ruhları üçün dualar oxunacaq.

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadə mərhumların doğmalarına və yaxınlarına başsağlığı verib, onlara səbr diləyib, yaralananların tezliklə şəfa tapmasını arzuladığını diqqətə çatdırıb.

Xatırladaq ki, bu gün səhər saatlarında baş verən qəzadan hava gəmisində olan 67 nəfərdən 32-si sağ çıxıb.

Azərbaycan Prezidenti İlham Əliyev hadisə ilə əlaqəli dekabrın 26-da ölkədə matəm elan edilməsi üçün Sərəncam imzalayıb.

Son xəbərlər

Orphus sistemi