Azərbaycan Gürcüstanla dini sahədə əməkdaşlığı müzakirə edib

Azərbaycan Gürcüstanla dini sahədə əməkdaşlığı müzakirə edib Tərəflər iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar
Din
20 Aprel , 2021 18:02
Azərbaycan Gürcüstanla dini sahədə əməkdaşlığı müzakirə edib

Gürcüstanın Dini Məsələlər üzrə Dövlət Agentliyinin rəhbəri Zaza Vaşakmadze Azərbaycanın bu ölkədəki səfiri Faiq Quliyevlə görüş keçirib.

“Report”un yerli bürosu xəbər verir ki, bu barədə Agentlikdən məlumat verilib.

Tanışlıq xarakteri daşıyan görüşdə Z.Vaşakmadze Azərbaycanın yeni səfiri ilə əməkdaşlığın uğurlu olacağına və iki ölkə arasında dostluğun daha da möhkəmləndiriləcəyinə ümidvarlıq ifadə edib.

Agentlik rəhbəri səfiri Gürcüstanda həyata keçirilən dini siyasət və son illərdə bu sahədə görülən işlər barədə məlumatlandırıb.

Onun sözlərinə görə, Gürcüstanda şiə və sünnilərin birgə sülh şəraitində yaşaması müsbət təcrübə və Gürcüstanın tolerantlıq nümunəsi kimi qəbul olunur.

F.Quliyev öz növbəsində bildirib ki, Azərbaycan və Gürcüstan arasında münasibətlərin daha da inkişaf etdirilməsinə töhfə verməyə çalışacaq.

Tərəflər iki ölkə arasında mövcud əlaqələr və gələcək əməkdaşlığın perspektivləri barədə müzakirə aparıblar. Azərbaycan səfiri Agentliklə anlaşma memorandumunun imzalanması təşəbbüsü ilə çıxış edib. F.Quliyev Azərbaycan-Gürcüstan əməkdaşlığının daha da möhkəmləndirilməsinə hazırlıq ifadə edib və Agentlik rəsmilərini Bakıya rəsmi səfərə dəvət edib.

Son xəbərlər

Orphus sistemi