Bakı. 16 noyabr. REPORT.AZ/
QMİ-nin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, səfərdə məqsəd idarənin nəzdində daimi fəaliyyət göstərən "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin Dini Qurumlarla iş üzrə Dövlət Komitəsi, Azərbaycanın Almaniyadakı səfirliyi, Almaniya-Azərbaycan Forumu və Berlin Mədəni Diplomatiya Akademiyası ilə birgə təşkilatçılığı ilə noyabrın 19-da Berlin şəhərində keçirəcəyi "Dinlər və sivilizasiyalararası dialoqdan əməkdaşlığa doğru" mövzusunda beynəlxalq konfransda iştirak etməkdir.
İdarədən bildirilib ki, Azərbaycan Prezidenti
Berlin konfransında Almaniya və Azərbaycanın dövlət və qeyri-hökumət təşkilatları, o cümlədən dünyanın müxtəlif dini konfessiya rəhbərləri, dövlət, elm və mədəniyyət xadimləri, "Bakı Beynəlxalq dinlər və sivilizasiyalararası əməkdaşlıq Mərkəzi"nin Himayədarlar və Məşvərət Şuralarının üzvləri, konfransda təmsil olunan iştirakçıların Almaniyada akkreditə olunmuş səfirliklərinin və beynəlxalq təşkilatların təmsilçilərinin - ümumilikdə dünyanın 40-a yaxın ölkəsindən 300-ə yaxın nümayəndənin iştirakı gözlənilir.
Azərbaycan nümayəndə heyətinə ölkənin tanınmış dövlət, din və elm xadimləri, Azərbaycandakı dini konfessiya rəhbərləri daxildirlər.
Almaniyaya səfər çərçivəsində Azərbaycan nümayəndə heyətinin Almaniya hökumətinin üzvləri, ölkənin tanınmış ictimai-siyasi xadimlərilə görüşləri nəzərdə tutulur.