Allahşükür Paşazadə Şimali Qafqaza səfərə gedib

Allahşükür Paşazadə Şimali Qafqaza səfərə gedib Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb.
Din
24 Noyabr , 2019 13:09
Allahşükür Paşazadə Şimali Qafqaza səfərə gedib

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadə noyabrın 24-də Şimali Qafqaza səfərə yola düşüb.

QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, Rusiya Federasiyası Şimali Osetiya-Alaniya Respublikasının paytaxtı Vladiqafqaz şəhərinə gələn Azərbaycan nümayəndə heyəti ilk öncə II Dünya Müharibəsi zamanı Mozdokun azad olunmasında iştirak etmiş 223-cu Azərbaycan Atıcı diviziyasının tərkibində döyüşərək canlarından keçmiş azərbaycanlıların xatirəsinin anım mərasimində iştirak edəcəkdir. 

Azərbaycanın Rusiya, Qafqaz, Şimali Osetiya-Alaniya ilə ənənəvi tarixi əlaqələri baxımından xüsusi əhəmiyyət daşıyan bu tədbirdə QMİ sədri Şeyxülislam A. Paşazadə çıxış edəcəkdir.

Noyabrın 25-də Şeyxülislam A. Paşazadə RF Şimali Osetiya-Alaniya Müsəlmanları Ruhani İdarəsinin 25 illiyinə həsr olunmuş təntənəli mərasimdə iştirak edəcəkdir. Mərasimdə çıxış edəcək QMİ sədri, həmçinin, respublikanın Müftisi Hacımurad Qatsalovu anadan olmasının 65 illik yubileyi münasibətilə təbrik edəcəkdir.

Noyabrın 26-da QMİ sədri Şeyxülislam RF Kabardin-Balkar Respublikasının paytaxtı Nalçik şəhərində RF Prezident Administrasiyası və İslam elm, mədəniyyəti və təhsilinə dəstək Fondunun dəstəyi ilə keçiriləcək «Müasir Rusiyada İslam hüquq mədəniyyəti: vəziyyət və perspektivlər» mövzusunda beynəlxalq elmi-praktik konfransda iştirak və çıxış edəcəkdir.

Şeyxülislam A. Paşazadə və Azərbaycan nümayəndə heyətinin səfər çərçivəsində rəsmi görüşləri nəzərdə tutulur.

Son xəbərlər

Orphus sistemi