Allahşükür Paşazadə: "Məzhəb ayrıseçkiliyi salan din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar"

Allahşükür Paşazadə: "Məzhəb ayrıseçkiliyi salan din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar" "Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdə olan dindarlar birlikdə namaz qılırlar"
Din
16 Mart , 2017 10:58
Allahşükür Paşazadə: Məzhəb ayrıseçkiliyi salan din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar
Report.az

Bakı. 16 mart. REPORT.AZ/ "Azərbaycanın bir sıra məscidlərində - istər Bakıda, məsələn Əjdərbəy məscidində, istərsə bölgələrdə, məsələn, Göyçayda, Xaçmazda, Qubada müxtəlif məzhəbdən olan dindarlar birlikdə namaz qılırlar".

"Report" xəbər verir ki, bunu Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadə hakim Yeni Azərbaycan Partiyasının rəsmi saytına müsahibəsində deyib.

Şeyxülislam qeyd edib ki, bu, bizim həyat tərzimizdir və biz bununla qürur duyuruq: "Bu, eyni zamanda, müdrik dövlətçilik siyasətinin bəhrəsidir. Hər iki məzhəbi təmsil edən Qafqaz Müsəlmanları İdarəsi də hər zaman bu istiqamətdə təbliğat işi aparır. Məhərrəm ayının təziyə mərasimlərində sünni məzhəbindən olan din xadimlərinin iştirakı, Bakı İslam Universitetində hər iki məzhəbdən olan tələbələrin tədris prosesinin məzhəb ayrıseçkiliyi olmadan həyata keçirilməsi və s. İbadət proseslərinin, mərasimlərin məhz bu şəkildə - heç bir məzhəb təəssübkeşliyinə yol vermədən keçirilməsini təlqin edirik. Bu təşviqə uyğun olmayan davranış nümayiş etdirən din xadimləri İdarədaxili qanunlar çərçivəsində cəzalandırılırlar".

Son xəbərlər

Orphus sistemi