Allahşükür Paşazadə məscidlərə yeni təyin olunan din xadimləri ilə görüşüb

Allahşükür Paşazadə məscidlərə yeni təyin olunan din xadimləri ilə görüşüb Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşüb.
Din
11 May , 2023 16:59
Allahşükür Paşazadə məscidlərə yeni təyin olunan din xadimləri ilə görüşüb

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam Allahşükür Paşazadə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin keçirdiyi imtahanlarda uğur qazanaraq ibadət yerlərinə təyinat alan bir qrup din xadimi ilə görüşüb.

Bu barədə "Report"a QMİ-dən məlumat verilib.

Din xadimlərini təbrik edən Şeyxülislam həzrətləri onlara xoş arzularını və xeyir-dualarını çatdırıb. Ölkədəki din-dövlət münasibətlərinin yüksək səviyyədə olduğunu qeyd edən QMİ sədri yeni təyin edilən din xadimlərinin bu əlaqələrin inkişafına, vəhdətimizin möhkəmlənməsinə öz töhfələrini verəcəyinə inandığını bildirib.

Şeyxülislam dini, milli-mənəvi dəyərlərimizin qorunması, İslamın doğru-düzgün təbliği, xüsusi ilə gənclər arasında maarifləndirmənin və xarici qüvvələrin radikal meyllərinin qarşısının alınması sahəsində bu gün din xadimlərinin üzərinə böyük məsuliyyət düşdüyünü qeyd edib.

Dini mərkəz olaraq QMİ-nin verdiyi fətvaların, moizə və xütbələrin icrası ilə bağlı tövsiyələrini çatdırıb.

Sonda din xadimlərinə Qurani-Kərim və QMİ-nin fəaliyyətindən bəhs edən kitablar hədiyyə olunub.

Son xəbərlər

Orphus sistemi