Allahşükür Paşazadə: "Azərbaycanda dini sahədə mövcud vəziyyət bütün dünya üçün əhəmiyyətli nümunədir"

Allahşükür Paşazadə: "Azərbaycanda dini sahədə mövcud vəziyyət bütün dünya üçün əhəmiyyətli nümunədir" Bakı. 17 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini qəbul edib.
Din
100
17 Noyabr , 2017 11:42
Allahşükür Paşazadə: Azərbaycanda dini sahədə mövcud vəziyyət bütün dünya üçün əhəmiyyətli nümunədir
Qafqaz Müsəlmanları İdarəsinin sədri şeyxülislam Allahşükür Paşazadə / Report

Bakı. 17 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə İtaliyanın Azərbaycandakı səfiri Auqusto Massarini qəbul edib.

İdarənin mətbuat xidmətindən "Report"a verilən məlumata görə, A.Paşazdə Auqusto Massarini səfri təyin olunması münasibətilə təbrik edib, qarşıdakı fəaliyyətində uğurlar diləyib. 

Səfir, öz növbəsində, şeyxülislama qəbula görə təşəkkürlərini bildirərək, üç aylıq səfirlik fəaliyyəti ərzində ölkəmizlə tanışlığı barədə təəssüratlarını bölüşüb. İtaliyalı səfir dinin hər bir cəmiyyətin həyatında önəmli yer oynadığını vurğulayaraq, Azərbaycandakı dini-mənəvi həyatla bağlı müşahidə etdiyi reallıqlardan məmnun olduğunu bildirib. Bu əsnada, Azərbaycanda dini sahədə mövcud həyatın bütün dünya üçün əhəmiyyətli nümunə olduğunu bildirən səfir, ölkəmizdə müxtəlif dinlər və məzhəblər arasında mövcud mehriban dostluq və əməkdaşlıq mühitini yüksək dəyərləndirib.

QMİ sədri dünyada müxtəlif sahələrdə, o cümlədən, mənəvi dəyərlər zəminində yaşanan böhranlarən fövqündə Azərbaycanda gerçək dinlərarası dostluq və qardaşlıq mühitinin mövcudluğunu olduqca böyük nailiyyət kimi dəyərləndirib. O vurğulayıb ki, bu, dövlətin siyasəti, dövlət başçısının mövqeyi ilə sıx bağlı bir məqamdır. Dünya üçün önəm kəsb edən, ümumbəşəri mənafelərə xidmət edən multikulturalizm və İslam həmrəyliyi kimi qlobal ideyalar irəli sürən Azərbaycan Prezidenti İlham Əliyevin fəaliyyətinin bu mənada aparıcı əhəmiyyətini xüsusi qeyd edən şeyxülislam belə bir siyasətin dünya üçün, siyasət xadimləri üçün gözəl örnək olduğunu vurğulayıb. Ümummilli lider Heydər Əliyevin bünövrəsini qoyduğu müdrik dövlət-din münasibətlərinin uğurla davam etdirilməsini, dini icmalara diqqət və qayğının hər zaman gündəmdə olmasını bu uğurların bariz nümunəsi kimi səciyyələndirən A.Paşazadə Azərbaycanda mövcud dini konfessiyalar, onların rəhbərləri arasında dostluq və qardaşlığın konkret nümunələrini səfirin diqqətinə çatdırıb.

Azərbaycanın tolerantlılq, multikulturalizm məkanı olaraq dinlər və mədəniyyətlərarası dialoqa dair qlobal forumlara mütəmadi evsahibliyi etməsinin beynəlxalq önəmi haqda danışan QMİ sədri, dövlət başçısının elan etdiyi Multikulturalizm, ardınca İslam Həmrəyliyi illəri çərçivəsində Qafqaz Müsəlmanları İdarəsinin ölkədə vəxaricdə həyata keçirdiyi və keçirilməsi nəzərdə tutulan beynəlxalq tədbirlər xüsusilə, bu yaxınlarda İspaniyada baş tutan beynəlxalq konfrans, habelə ilin sonunda Bakıda keçiriləcək yüksək beynəlxalq forum barədə barədə səfirə məlumat verib. Bu tədbirlərin doğurduğu rezonansın olduqca müsbət olduğunu bildirən səfir bundan sonra bu növ tədbirlərdə İtaliyanın yaxından iştirakı məsələsinin diqqətdə olacağını bildirib.

Azərbaycanın katolik dünyası ilə əlaqələrinə toxunan QMİ sədri ölkədə azsaylı katolik icması üçün yaradılan şərait barədə, onlar üçün inşa olunmuş nəfis katolik kilsəsi barədə məlumat verib, Vatikana səfərlərini xatırlayıb, Azərbaycandakı katolik icma rəhbərinin, habelə Vatikanın yüksək səviyyəli nümayəndələrinin Azərbaycanda keçirilən tədbirlərdə yaxından iştirak etdiyini bildirib. Azərbaycan-Vatikan əlaqələrinin yüksək səviyyəsindən danışan şeyxülislam 2002-ci ildə Roma Papası II İohann Pavelin, 2016-cı ildə Roma Papası Fransiskin Azərbaycana səfərlərini yüksək dəyərləndirib. Bu səfərlərin Azərbaycanın dünya miqyasında dinlərarası dialoq mədəniyyətinə malik dövlət kimi yüksək dəyər almasının göstəricisi olduğunu vurğulayan şeyxülislam ilk dəfə dünya katoliklərinin liderinin Bakıdakı Heydər məscidində dindarlarla, dini icma rəhbərləri ilə görüşməsi, buradan dünyaya mesajlarını çatdırması, dinlərarası dialoq məkanı, nümunəvi tolerantlıq mərkəzi kimi Azərbaycana verilən dəyər idi.

QMİ-nin fəaliyyəti barədə maraqlanan səfir Azərbaycanla İtaliya arasında mənəvi əlaqələrin dərinləşməsində maraqlı olduqlarını diqqətə çatdırıb və səfir olaraq bunun üçün səylərini əsirgəməyəcəyini bildirib.

Görüşün sonunda səfirə xatirə hədiyyəsi təqdim olunub.

Son xəbərlər

Orphus sistemi