Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib

Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib QMİ sədri "Təzə Pir" məscidində qan verib
Din
1 Oktyabr , 2017 11:52
Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib
Report

Bakı. 1 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri, Şeyxülislam, Hacı Allahşükür Paşazadə Aşura günü münasibətilə keçirilən qanvermə aksiyasında iştirak edib.

"Report" xəbər verir ki, QMİ sədri "Təzə Pir" məscidində qan verib.

Qanvermədə QMİ sədri ilə yanaşı, onun oğlu, habelə Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı, dini icmaların rəhbərləri də iştirak edib.

Qeyd edək ki, bu gün QMİ-nin təşəbbüsü, Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanda bölgələlər də daxil olmaqla, 17 məsciddə qanvermə aksiyası keçirilir.

Son xəbərlər

Orphus sistemi