Yuxarı
    Bağlamaq

    “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib

    Kitabda həmçinin şeyxülislamlıqla əlaqədar dəyərli əlyazmaların fotoları da yer alıb

    Bakı. 7 dekabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsi (“QMİ) Elmi-Dini Şurasının qərarı ilə nəşr olunan “Şeyxülislamlığın tarixi” kitabının təqdimatı keçirilib.

    “Report” xəbər verir ki, təqdimatda QMİ sədri, şeyxülislam Allahşükür Paşazadə, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin (DQİDK) sədri Mübariz Qurbanlı, xarici ölkələrin Azərbaycandakı səfirləri, alimlər, din xadimləri iştirak edib.

    A.Paşazadə bildirib ki, Azərbaycan tarixində ilk dəfədir belə bir kitab hazırlanır: “Mən öz həyatımda, fəaliyyətimdə cümhuriyyət dövrünün şeyxülislamı axund Ağa Cavad oğlu Əlizadədən çox şey öyrənmişəm və onu fəaliyyətimdə tətbiq etmişəm. Axund Ağa həm cümhuriyyət dövrünün, həm də sovet dövrünün şeyxülislamı olub. Mən də həm sovet dövrünün, həm də müstəqillik tarixinin şeyxülislamıyam. Şeyxülislamlar Azərbaycan tarixində milli şüurun inkişafında, Azərbaycan dövlətçiliyinin yaranmasında böyük işlər görüblər”. 

    Qeyd edək ki, nəşrin müəllifləri professor Anar İsgəndərov və iranlı alim Adil Mövlayidir. Kitabın elmi redaktoru QMİ-nin Elmi-Dini Şurasının sədri, akademik Vasim Məmmədəliyev, rəyçilər akademik Yaqub Mahmudov, akademik Teymur Bünyadov, dosent, QMİ-nin sədr müavini Qəmərxanım Cavadlıdır.

    Nəşrdə şeyxülislamlıq, şeyxülislam titulunun sahələri və mərhələləri, şeyxülislam titulunun vəzifəyə çevrilməsi, vəzifə və funkisiyaları, Səfəvi imperiyasında şeyxülislamlıq, Qafqazın şeyxülislamlarının həyat və fəaliyyətindən bəhs olunur və əhatəli məlumatlar verilir. 

    Kitabda, həmçinin şeyxülislamlıqla əlaqədar dəyərli əlyazmaların fotoları da yer alıb. 

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi