Baqrat Qalstanyanın ev dustaqlığı müddəti üç ay uzadılıb

Region
  • 19 noyabr, 2026
  • 16:10
Baqrat Qalstanyanın ev dustaqlığı müddəti üç ay uzadılıb

Ermənistanda məhkəmə "Müqəddəs mübarizə" hərəkatının lideri, arxiyepiskop Baqrat Qalstanyanın ev dustaqlığının müddətini üç ay uzadıb.

"Report" xəbər verir ki, bu barədə Ermənistan mediası məlumat yayıb.

B.Qalstanyan 2025-ci il iyunun 25-dən 26-na keçən gecə həbs edilib.

Ermənistanın İstintaq Komitəsi iddia edir ki, "Müqəddəs mübarizə" hərəkatının lideri və iştirakçıları terror aktları və ölkədə hakimiyyəti ələ keçirməyə yönəlmiş hərəkətlər planlaşdırıblar.

İyunun əvvəlində Qalstanyan ev dustaqlığına keçirilib.