Yuxarı

Şeyxülislam Allahşükür Paşazadə: “Azərbaycanda dini icmaların istəklərinə qayğı ilə yanaşırlar”

“Müxtəlif xalqların nümayəndələri burada sərbəst yaşayırlar”

Bakı. 26 aprel. REPORT.AZ/ “Bu forumun Bakıda keçirilməsi məntiqi qərardır. Azərbaycanda bu istiqamətdə hər bir şərait yaradılıb.

“Report”un xəbərinə görə, bunu Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Allahşükür Paşazadə Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının VII Qlobal Bakı Forumu çərçivəsində “Dini rəhbərlər və zorakı ekstremizim: önləyici tədbirlərlə bağlı çətinliklər” mövzusu ilə bağlı keçirilən panel iclasında deyib.

A.Paşazadə bildirib ki, Azərbaycanda əsrlər boyu ayrı-ayrı dini inanclı insanlar sərbəst, sülh şəraitində yaşayıb, indi də belədir: “İslam adından siyasi məqsədlər üçün istifadə edilməyə cəhdlər edilir. Pakistanda, Türkiyədə və başqa ölkələrdə törədilən terror aktları bizi ciddi narahat edir. İslamafobiyanın qarşısının alınması ilə bağlı dövlət rəhbərlərinin gördüyü işlər təqdir olunmalıdır. Ermənilər Azərbaycan ərazilərini işğal edib, ərazilərimizdə soyqırımlar törədilib, tarixi abidələrimizi dağıdıblar. Biz münaqişənin həll edilməsinə çalışırıq. Azərbaycanda daxili sabitlik güclü olduğundan, bu istiqamətdə ciddi işlər apara bilərik. Biz bu problemin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə çalışırıq”.

Onun sözlərinə görə, Azərbaycanda dini icmaların istəklərinə qayğı ilə yanaşırlar: “Azərbaycan nadir ölkələrdəndir ki, burada İslam dininə məxsus ayrı-ayrı təriqətlərə məxsus insanlar birgə namaz qılırlar. Azərbaycan tolerant ölkədir. Ona görə də müxtəlif xalqların nümayəndələri burada sərbəst yaşayırlar. Ölkədə müstəqillik əldə edildikdən sonra xeyli məscid tikilib, bu işlər davam etdirilir”.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi