Yuxarı
    Bağlamaq

    Sabunçuda “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib

    Tədbirdə fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb

    Bakı. 29 mart. REPORT.AZ/ Bu gün Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin dəstəyi ilə Sabunçu rayonu, Sabunçu qəsəbəsi “Cümə” məscidi dini icması tərəfindən “İslam bizi vəhdətə səsləyir” layihəsi çərçivəsində maarifləndirmə tədbiri keçirilib.

    Bu barədə "Report"a Komitənin mətbuat xidmətindən bildirilib.

    Tədbirdə Dövlət Komitəsinin Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev, Sabunçu Rayon İcra Hakimiyyətinin İctimai-siyasi və humanitar məsələlər üzrə şöbə müdirinin müavini – dini qurumlarla işin təşkilatçısı Məhəmməd Əsədov, QMİ-nin Sabunçu rayonu üzrə qazısı Musa Qasımov, Sabunçu qəsəbəsi “Cümə”məscidi dini icmasının sədri Zahir Mehdiyev, məscid dindarları, ziyalılar və gənclər iştirak ediblər.

    DQİDK-nın Bakı şəhəri üzrə şöbəsinin müdir müavini Ceyhun Əliyev vəhdət anlayışı və onun İslam dinindəki yeri haqqında məlumat verib. Bildirilib ki, Azərbaycanda mövcud olan vəhdət mühiti “Heydər” məscidində qılınan “vəhdət namazı” ilə daha da güclənib.

    Tədbirdə fikir mübadiləsi aparılıb və iştirakçıları maraqlandıran suallar cavablandırılıb.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi