Yuxarı

Roma papası Cənubi Sudan rəhbərləri qarşısında diz çöküb və ayaqlarından öpüb - FOTO - VİDEO

Roma papası Cənubi Sudan rəhbərləri qarşısında diz çöküb

Roma Papası Fransisk Cənubi Sudan rəhbərlərini sülhü qorumağa, vətəndaş müharibəsinə yol verməməyə çağıraraq qarşılarında diz çöküb, çəkmələrini belə öpüb.

“Report” İtaliya KİV-inə istinadən xəbər verir ki, ötən gün Roma papası Cənubi Sudan Prezidenti Salva Kiir Mayardit və üç vitse-prezident, həmçinin üsyançıların lideri, sabiq Prezident müavini Riek Maçarla dualar və moizə üçün dəvət olunduqları Vatikandakı iqamətgahında görüşüb.

Görüş zamanı katolik kilsənin ruhani başçısı Prezident Salva Kiir Mayarditin və müxalifət lideri Riek Maçarın əllərindən tutub sinəsəndə birləşdirərək “Sizdən qardaşlarım kimi xahiş edirəm. Sizdən bütün qəlbimlə xahiş edirəm, sülhdə qalın” deyə onlara müraciət edib.

Bu hadisə qonşu Sudanı 30 il avtoritar üsulla idarə etmiş Prezident Ömər əl-Bəşirin hakimiyyətdən getməsindən saatlar sonra baş verib.

Qeyd edək ki, 2011-ci ildə yaranan Cənubi Sudan Respublikasında 2013-cü ildən cərəyan edən daxili müharibə nəticəsində 400 mindən çox sakin ölüb.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi