Yuxarı

QMİ sədri 20-ci Avroasiya İqtisadi Sammitinə dəvət olunub

Mərmərə Qrup Strateji və Sosial Araşdırmalar Vəqfinin prezidenti Allahşükür Paşazadəyə məktub yazıb

Bakı. 19 aprel. REPORT.AZ/ Mərmərə Qrup Strateji və Sosial Araşdırmalar Vəqfinin prezidenti Dr. Akkan Suver Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri hacı Allahşükür Paşazadəyə məktub yazıb.

Bu barədə "Report"a QMİ-nin mətbuat xidmətindən bildirilib.

Məktubda QMİ sədrinə 19-cu Avroasiya İqtisadi Sammitində iştirak etdiynə görə minnətdarlıq edilib: "Biz sizin iştirak etdiyiniz 19-cu Avroasiya İqtisadi Sammitinin müvəffəqiyyətlə başa çatmasından çox məmnunuq.

Siz fikirlərinizi bizimlə paylaşdınız və dərin müdrikliyinizdən yararlanırıq.

Biz fəxr edirik və sizə minnətdarıq. Bildiyiniz kimi, son on doqquz ildə belə bir tədbirə vətəndaş cəmiyyəti təşkilatının ev sahibliyi etməsinə və keyfiyyətini yaxşılaşdıraraq davamlı inkişaf etdirməsinə, bizim səylərimizlə yanaşı, sizin göstərdiyiniz dəstək nəticəsində nail ola bilərdik.

Təkrarən, Mərmərə Qrup Fondunu yaradan dostların adından şəxsən sizə öz dərin minnətdarlığımı bildirmək istərdim və gələn il keçiriləcək 20-ci Avroasiya İqtisadi Sammitində sizi yenidən görməyi arzu edirəm".

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi