Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib Bakı. 25 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib.
Din
25 Dekabr , 2018 14:35
Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib

Bakı. 25 dekabr. REPORT.AZ/ Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Sumqayıtda vətəndaşları qəbul edib.

Dövlət Komitəsindən "Report"a verilən məlumata görə, əvvəlcə Mübariz Qurbanlı və Sumqayıt Şəhər İcra Hakimiyyətinin başçısı Zakir Fərəcov ulu öndər Heydər Əliyevin şəhərin mərkəzində ucaldılmış abidəsini ziyarət edərək önünə gül dəstəsi qoyublar.

Qəbulda Sumqayıt şəhəri ilə yanaşı, Abşeron, Xızı, Qubadlı və Zəngilan rayonlarının sakinləri də iştirak edib.

Heydər Əliyev Mərkəzində keçirilən qəbula gələn vətəndaşlar əsasən məscidlərin təmiri, dini icmaların fəaliyyəti, onların dövlət qeydiyyatına alınması məsələlərini qaldırıblar. Eyni zamanda, dini maarifləndirmə ilə əlaqədar icmalara vəsaitlərin ayrılması, dini icmaların zəruri dini ədəbiyyatlarla təmin edilməsi və digər məsələlərlə bağlı müraciətlərə də baxılıb.

Müraciətlərin bir qismi yerindəcə öz həllini tapıb. Araşdırılmasına ehtiyac olan bir sıra məsələlərin qanunvericiliyə uyğun, operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Son xəbərlər

Orphus sistemi