Yuxarı

Mübariz Qurbanlı: "Din xadimlərinə verilən maddi yardımdan gəlir və sosial vergi tutulması dayandırılıb"

Mübariz Qurbanlı: "Din xadimlərinə verilən maddi yardımdan gəlir və sosial vergi tutulması dayandırılıb"
© Report/ Firi Salim — Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı

Bakı. 4 sentyabr. REPORT.AZ/ "Sentyabrın 1-dən etibarən din xadimlərinə verilən maddi yardımdan heç bir vergi tutulmur".

"Report" xəbər verir ki, bunu Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin sədri Mübariz Qurbanlı Məhərrəm ayının başlanması ilə əlaqədar keçirilən tədbirdə çıxışı zamanı deyib.

Onun sözlərinə görə, hazırda 1060-dan çox din xadimi müxtəlif formada maddi yardımlar alır: "Bu yardımlardan müəyyən gəlir və sosial vergi tutulurdu. Dövlət başçısı bunu bildikdə vergi tutulmalarının dayandırılması barədə tapşırıq verdi. Bu səbəbdən sentyabrın 1-dən gəlir və sosial vergi tutulması dayandırılıb".

M.Qurbanlı bildirib ki, artıq sentyabrın 1-dən din xadimləri maddi dəstəyi kartlarına yazıldığı qədər tam məbləğdə alacaqlar: "Dövlətimiz məscidlərdə işləyən imam və qazıların həyat şəraitinin yaxşılaşdırılması üçün əlavə tədbirlərin keçirilməsini nəzərdə tutur. Yəqin ki, yaxın aylarda bunu görəcəyik". 

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Son xəbərlər



Orphus sistemi