“Azərbaycanda televiziya ekranlarında yayımlanan fantastik filmlər tamaşaçılar arasında bütün məhəbbət hisslərini öldürür”.
“Report” xəbər verir ki, bunu
Dövlət Komitəsinin sədri bildirib ki, fantastik filmlərdə təbliğ olunan dəyərlər ailəyə, anaya, övlada məhəbbəti aradan qaldırır. O, həmçinin Azərbaycan filmlərində qaynanaların mənfi obrazda təqdim olunmasına münasibət bildirib: “Çox təəssüf ki, bizim də filmlərimizdə qaynanalar həmişə mənfi obrazda təqdim olunub. Biz buna görə dərin təəssüf hissi keçiririk. Axı, qaynana cəmiyyətdə niyə mənfi obraz olmalıdır?”
M.Qurbanlı ev heyvanları saxlamağın insan psixologiyasına müsbət təsirlər göstərdiyini deyib: “Azərbaycanda ev heyvanlarını saxlamaq lazımdır. Bu heyvanlar bəzən beyinləri rahatlaşdırır”.