Yuxarı
    Bağlamaq

    Allahşükür Paşazadə İordaniya Haşimilər Krallığına səfərə gedəcək

    Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur

    Bakı. 21 oktyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Allahşükür Paşazadə İordaniya Haşimilər Krallığına səfərə gedəcək.

    QMİ-nin Mətbuat Xidmətindən "Report"a verilən məlumata görə, səfər oktyabrın 22-də başlayacaq.

    Səfər İordaniya kralı II Abdullahın dəvəti əsasında baş tutur.

    Kralın himayə etdiyi Al əl-Beyt İslam Fikri Akademiyasının oktyabrın 23-25-də Əmmanda keçirilən "Peyğəmbər Salavatullahın həyatındakı tarixi hadisələrin cədvəlinə doğru" mövzusuna həsr olunan XVII konfransında iştirak edəcək akademiyanın həqiqi üzvü Şeyxülislam A.Paşazadə məruzə ilə çıxış edəcək.

    “Al əl-Beyt” İslam Fikri Akademiyasının dünya miqyasında İslamın təbliği, onun ümumbəşəri əhəmiyyətli dəyərlərinin tədqiqi istiqamətində qiymətli araşdırmaları, habelə dinlərarası əməkdaşlıq və məzhəblərarası yaxınlaşma yönündə uğurlu səyləri olduqca böyük önəm kəsb edir.

    Akademiyanın fəaliyyətinə verdiyi töhfələrə görə Kral Abdullah tərəfindən 2007-ci ildə İordaniyanın ali dövlət mükafatı- I dərəcəli Kral Hüseyn ordeni ilə təltif olunan QMİ sədri Şeyxülislam A.Paşazadə bir qərinəlik tarixə malik bu akademiyanın yaradıcılarından biridir.

    Səfər çərçivəsində QMİ sədrinin İordaniya rəsmiləri ilə görüşləri nəzərdə tutulur.

    Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

    Xəbər lenti

    Ən azı bir bölmə seçilməlidir

    Bütün xəbərlər


    Orphus sistemi