Yuxarı

Allahşükür Paşazadə humanizm sahəsində xidmətlərinə görə mükafata layiq görülüb

Qafqaz Müsəlmanları İdarəsinin sədrinə Sülh ağacı mükafatı verilib

Bakı. 18 noyabr. REPORT.AZ/ Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri şeyxülislam Allahşükür Paşazadə humanizm sahəsində xidmətlərinə görə "Sülh ağacı" mükafatı verilib.

"Report" xəbər verir ki, mükafat A.Paşazadəyə ATƏT-in Bakıda layihələr üzrə koordinator ofisi və UNESCO üzrə Azərbaycan Milli Komissiyası tərəfindən humanizm və dini tolerantlığın möhkəmləndirilməsi sahələrində fəaliyyətinə görə verilib. 

Mükafat Bakıda keçirilən dini tolerantlığa həsr olunmuş ikigünlük beynəlxalq konfransın başa çatması çərçivəsində UNESCO üzrə Azərbaycan Milli Komissiyasının I katibi Günay Əfəndiyeva tərəfindən təqdim olunub.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni qeyd edib Ctrl + Enter düymələrini sıxın.

Xəbər lenti

Bütün xəbərlər


Orphus sistemi