ANAMA-nın əməkdaşı Xocavənddə minaya düşüb, ayağı amputasiya edilib
Hadisə
- 20 oktyabr, 2025
- 13:20
Azərbaycan Respublikasının Minatəmizləmə Agentliyinin (ANAMA) ekskavator operatoru xidməti vəzifəsini yerinə yetirərkən oktyabrın 20-də Xocavənd rayonunun Tağaverd kəndi ərazisində minaya düşüb.
Bu barədə "Report"a ANAMA-dan məlumat verilib.
Bildirilib ki, piyada əleyhinə mina partlayışı nəticəsində xəsarət alan 1967-ci il təvəllüdlü İlqar Vəli oğlu Şirinovdur.
O, hadisə yerindən təxliyə edilərək Xocavənd Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəsarət alan şəxsin sağ ayağı topuq nahiyəsindən amputasiya edilib. Vəziyyəti stabildir.
Son xəbərlər
01:08
Bu gün Tərtər, Ağdaş, Bərdə, Yevlaxın bir sıra ərazilərində işıq olmayacaq
Energetika00:46
Admiral Kuper "USS Abraham Lincoln" təyyarə gəmisi heyətinin yorğunluğunu etiraf edib
Digər ölkələr00:18
Türkiyədə avtobus yük maşını ilə toqquşub, ölən və xəsarət alanlar var
Region23:56
Britaniyada təyyarə aviaşou zamanı qəzaya uğrayıb
Digər ölkələr23:28
Sülh Şurası Qəzzada münaqişənin həlli üçün şərtlər təklif edib
Digər ölkələr23:02
Foto
DSX: Abbasəli Novruzovun uzun və şərəfli xidmət yolu ehtiramla xatırlanacaq
Hərbi23:00
Premyer Liqa: İlk turda "Zirə" "Şəfa"nı məğlub edib
Futbol22:49
Tbilisi dolama yolunun Azərbaycan istiqamətində hissəsi üzrə tenderin müddəti uzadılıb
Region22:35