İmişlidə zəhərlənənlərin sayı 59-a çatıb
Hadisə
- 25 sentyabr, 2025
- 10:10
İmişlidə zəhərlənmə ilə bağlı daha dörd nəfər xəstəxanaya müraciət edib.
"Report"un Muğan bürosunun sorğusuna cavab olaraq TƏBİB-dən bildirilib ki, sentyabrın 24-də zəhərlənmə şübhəsi ilə 59 nəfər (5-i uşaq olmaqla 25-i kişi, 4-ü uşaq olmaqla 34-ü qadın) İmişli Rayon Mərkəzi Xəstəxanasının Təcili tibbi yardım şöbəsinə hospitalizasiya olunub.
Onlara qeyri-infeksion enterit və kolit diaqnozu təyin olunub və hər birinə zəruri tibbi yardım göstərilib.
Vəziyyəti qənaətbəxş qiymətləndirilən 4 nəfər iltizamnamə əsasında ixtisaslı tibbi xidmətdən imtina edib.
Vəziyyətləri stabil qiymətləndirilən digər şəxslərin müalicələri müvafiq şöbələrdə davam etdirilir.
Xatırladaq ki, sentyabrın 23-də toyda kütləvi zəhərlənmə baş verib.
Son xəbərlər
12:37
ABB insan kapitalının idarə olunması sahəsində daha 2 nüfuzlu beynəlxalq mükafat qazandı!
Maliyyə12:35
ABŞ millisinin müdafiəçisi Mark Makkenzi "Filadelfiya"ya keçib
Futbol12:31
Sabah bəzi rayonlarda leysan olacaq
Ekologiya12:15
Cəlilabadda avtomobil qəzası olub, sürücü ölüb
Hadisə12:14
Masazırda 48 yaşlı kişi qətlə yetirilib, arvadı tutulub
Hadisə12:11
"Mərkəzi Azəri" platformasında planlaşdırılmış profilaktik işlər aparılacaq
Energetika12:10
İran Fars körfəzi ölkələrinə ABŞ-yə yardım etməmək barədə xəbərdarlıq edib
Digər ölkələr12:06
Azərbaycanda əmtəəlik qaz ehtiyatlarının həcmi açıqlanıb
Energetika11:59