Prezident: Azərbaycan Vətən müharibəsi dövründə ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Xarici siyasət
  • 19 noyabr, 2026
  • 13:30
Prezident: Azərbaycan Vətən müharibəsi dövründə ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır

Azərbaycan ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır.

"Report" xəbər verir ki, Prezident İlham Əliyev bunu Vyetnam Xəbər Agentliyinə (VNA) müsahibəsində deyib.

Dövlət başçısı billdirib ki, ölkələr arasında ikitərəfli dialoq ilə yanaşı, beynəlxalq platformalarda, xüsusilə BMT, Qoşulmama Hərəkatı, AQEM və digər beynəlxalq təşkilatlar çərçivəsində də sıx qarşılıqlı əlaqə qurulub:

"Azərbaycan ərazi bütövlüyü, ölkəmizin suverenliyi və onun beynəlxalq səviyyədə tanınmış sərhədlərinin toxunulmazlığı məsələsində göstərilən dəstəyə, həmçinin 44 günlük Vətən müharibəsi dövründə BMT Təhlükəsizlik Şurasının qeyri-daimi üzvü kimi möhkəm və ədalətli mövqeyinə görə Vyetnama dərindən minnətdardır".