Dmitro Lubinets: Ukraynada müharibə səbəbindən təxminən 113 min itkin şəxs var

Xarici siyasət
  • 08 oktyabr, 2026
  • 12:29
Dmitro Lubinets: Ukraynada müharibə səbəbindən təxminən 113 min itkin şəxs var

Ukraynada müharibə səbəbindən uşaqlar, hərbi qulluqçular və mülki şəxslər də daxil olmaqla təxminən 113 000 itkin şəxs var.

"Report" xəbər verir ki, bunu Ukrayna parlamentinin İnsan Hüquqları üzrə Komissarı Dmitro Lubinets "İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans"ının ikinci günündəkeçirilən panel sessiyada deyib.

O qeyd edib ki, həmin şəxslər rəsmi olaraq xüsusi şəraitdə itkin düşmüş şəxslərin vahid reyestrində qeydiyyata alınıb.

Komissarın sözlərinə görə, Ukraynanın dövlət qurumlarının və beynəlxalq tərəfdaşların birgə səyləri nəticəsində 77 əsir mübadiləsi çərçivəsində artıq 9 726 ukraynalı ölkəyə qaytarılıb:

"Qaytarılanlar arasında 8 823 hərbi qulluqçu və 903 mülki şəxs var. Onlardan bəziləri əvvəllər döyüşlərdə itkin düşmüş hesab olunurdu".