Bakıda yeni uşaq bağçası istifadəyə verilib

Elm və təhsil
  • 23 noyabr, 2026
  • 14:07
Bakıda yeni uşaq bağçası istifadəyə verilib

Bakı şəhəri Suraxanı rayonunda 354 nömrəli körpələr evi-uşaq bağçası istifadəyə verilib.

Bu barədə "Report"a Bakı Şəhəri üzrə Təhsil İdarəsindən (BŞTİ) məlumat verilib.

Yeni istifadəyə verilən 354 nömrəli körpələr evi-uşaq bağçası 230 yerlikdir. Uşaq bağçasında uşaqların təlim-tərbiyəsi ilə 11 pedaqoji işçi məşğul olur.