Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib

Daxili siyasət
  • 01 may, 2026
  • 12:50
Azərbaycanda bir vəkilə töhmət verilib, birinə isə xəbərdarlıq edilib

Azərbaycanda bir vəkilə töhmət verilib, iki vəkilə xəbərdarlıq edilib, iki vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.

Bu barədə "Report"a Vəkillər Kollegiyasından məlumat verilib.

Bildirilib ki, 2026-cı il mayın 1-də Vəkillər Kollegiyasının Rəyasət Heyətinin növbəti iclası keçirilib.

İclasda Kollegiyanın sədri Anar Bağırov Rəyasət Heyətinin cari fəaliyyəti, son dövrdə həyata keçirilmiş tədbirlər və qarşıda duran vəzifələr barədə ətraflı məlumat verib.

Gündəliyə uyğun olaraq bəzi vəkillərin dövlət qulluğunda fəaliyyətinə xitam verilməsi ilə əlaqədar vəkillik fəaliyyətinin bərpa edilməsi, dövlət qulluğuna qəbul edildiyinə görə vəkillik fəaliyyətinin dayandırılması, digər vəkil qurumlarına keçməsi, müəyyən müddətə üzvlük haqqından azad olunması və mövcud borcların silinməsi ilə bağlı müraciətlərinə baxılıb və müvafiq qərarlar qəbul edilib.

İclasın davamında Vəkillərin İntizam Komissiyasının rəylərinə baxılıb. Rəyasət Heyətinin müvafiq qərarları ilə yol verilən intizam pozuntularına görə 1 vəkilə töhmət verilib, 1 vəkilə xəbərdarlıq edilib, 2 vəkil barəsində isə cərimə tədbiri tətbiq olunub.