Azərbaycan Mərkəzi Bankına 10-cu baş direktor təyin edilib
- 01 may, 2026
- 16:51
Azərbaycan Mərkəzi Bankının (AMB) sədri Taleh Kazımov Sadiq Axundovu quruma baş direktor təyin edilib.
"Report" bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, bununla da, baş direktorların sayı 10-a yüksəlib.
S.Axundov 1991-ci ildə Lənkəran şəhərində anadan olub, 2012-ci ildə Bakı Dövlət Universitetini "İnformatika" ixtisası üzrə bakalavr dərəcəsi ilə, 2015-ci ildə isə həmin universiteti "İnformatika" ixtisası üzrə magistr dərəcəsi ilə bitirib, 2019-2023-cü illərdə Bakı Dövlət Universitetində "Sistemli analiz, idarəetmə və informasiyanın işlənməsi (sahələr üzrə)" ixtisasında fəlsəfə doktoru proqramı üzrə təhsil alıb.
O, əmək fəaliyyətinə 2009-cu ildə "Azəriqazbank" ASC-də Bank sistemləri şöbəsində mütəxəssis vəzifəsi ilə başlayıb, həmin bankda müxtəlif vəzifələrdə, o cümlədən Proqram təminatlarının və platformaların idarə edilməsi şöbəsinin müdiri vəzifəsində işləyib, 2017-2019-cu illərdə "Amrah Bank" ASC-də Məlumat bazası və proqramlaşdırma şöbəsinin rəisi, 2019-2024-cü illərdə "ZiraatBank Azərbaycan" ASC-də İnformasiya texnologiyaları departamentinin direktoru vəzifələrində işləyib.
S.Axundov 2024-cü ilin mart-iyul aylarında AMB-də Sədrin ofisi departamentində məsləhətçi, 2024-cü ilin iyul ayından 2026-cı ilin aprel ayına qədər İnformasiya texnologiyaları əməliyyatları departamentinin direktoru vəzifələrində çalışıb.