"Araz-Naxçıvan" Elmar Baxşıyevlə yolları ayırdığını açıqlayıb

Futbol
  • 26 dekabr, 2025
  • 11:03
Araz-Naxçıvan Elmar Baxşıyevlə yolları ayırdığını açıqlayıb
Elmar Baxşıyev

"Araz-Naxçıvan" Elmar Baxşıyevlə yolları ayırdığını açıqlayıb.

Bu barədə "Report"a Naxçıvan təmsilçisindən məlumat verilib.

"Araz-Naxçıvan"ın İdarə Heyətinin iclasında klubun qış fasiləsinə qədərki çıxışı müzakirə olunub. Nəticələr qeyri-qənaətbəxş hesab olunduğuna görə, baş məşqçi Elmar Baxşıyevlə yolların ayrılması qərara alınıb.

Daha sonra baş məşqçi ilə görüş keçirilib, ona kluba göstərdiyi xidmətlərə görə təşəkkür edilib və mövsümün sonuna qədər nəzərdə tutulan müqaviləyə qarşılıqlı razılıq əsasında xitam verilib.

Qeyd edək ki, E. Baxşıyev 2024-cü ilin aprelində "Araz-Naxçıvan"ın baş məşqçisi təyin olunub. Komanda onun rəhbərliyi altında 2024/2025 mövsümündə Misli Premyer Liqasında üçüncü pilləni tutub və UEFA Konfrans Liqasında iştirak edib.

Son xəbərlər

Bütün Xəbər Lenti