ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna zərbə endirib, yaralılar var

ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna zərbə endirib, yaralılar var Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun mövqeyinə zərbə endirib.
Digər ölkələr
3 Fevral , 2019 02:50
ABŞ-ın rəhbərlik etdiyi koalisiya Suriya ordusuna zərbə endirib, yaralılar var

Bakı. 3 fevral. REPORT.AZ/ ABŞ-ın başçılıq etdiyi beynəlxalq koalisiya Suriya ordusunun mövqeyinə zərbə endirib.

Bu barədə "Report" "RİA Novosti"yə istinadən xəbər verir.

Hərbi mənbənin agentliyə verdiyi məlumata görə, hadisə əs-Sukkariya şəhərində, əbu-Kamal şəhərindən qərbdə baş verib. Zərbə nəticəsində artilleriya mövqeyi məhv edilib və iki hərbçi yaralanıb.

Daha əvvəl ABŞ-ın rəhbərlik etdiyi koalisiya qüvvələrinin Suriyanın Deyr əz-Zor əyalətinin Hacin şəhərinə endirdiyi hava zərbələri nəticəsində azı 20 dinc sakin həyatını itirib.

Son xəbərlər

Orphus sistemi