“Baxmut o qədər də böyük şəhər deyil, lakin Ukrayna üçün onu qorumaq vacibdir. Eyni zamanda nəyin bahasına olursa olsun”.
“Report” “RBC-Ukraina”ya istinadən xəbər verir ki, bunları Ukrayna lideri Volodimir Zelenski İtaliyanın “Corriere della Ser” qəzetinə müsahibəsində deyib.
"Nə qədər ki, ağlabatandırsa, müdafiə edəcəyik, rusiyalılar sonra bacarsalar, Kramatorsk və Slavyansk, Donbas sərhədlərinə və Dneprə qədər davam etmək istəyəcəklər. Biz müqavimət göstəririk və bu arada növbəti əks-hücum üçün də hazırlaşırıq”, - V.Zelenski izah edib.
O, qeyd edib ki, Rusiya Prezidenti Vladimir Putinin münaqişəni uzatmaq planlarına baxmayaraq, Ukrayna qısamüddətli müharibəyə və qələbəyə hazırlaşır.
"Nə qədər tez olsa, qurbanlarımız da bir o qədər az olar. Əsgərlərimiz daha həvəslidirlər, çünki onlar öz ailələrini, evlərini qoruyurlar. Digər tərəfdən görürük ki, Moskvaya qarşı iqtisadi sanksiyalar böyük köməkdir, bizə təşkilatlanma üçün vaxt və məkan verir”, - Ukrayna Prezidenti əlavə edib.