Zelenski NATO-nun Vilnüs sammitindən gözləntilərini açıqlayıb

Zelenski NATO-nun Vilnüs sammitindən gözləntilərini açıqlayıb İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna alyansa üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.
Digər ölkələr
10 İyul , 2023 02:44
Zelenski NATO-nun Vilnüs sammitindən gözləntilərini açıqlayıb

İyulun 11-12-də Vilnüsdə keçirilməsi planlaşdırılan NATO sammitində Ukrayna alyansa üzv ölkələrdən dövlətin bloka daxil olmasına qədər olan müddət üçün etibarlı və aydın təhlükəsizlik zəmanəti alacağını gözləyir.

“Report” xəbər verir ki, bunu Ukrayna Prezidenti Volodimir Zelenski “ABC News”a müsahibəsində deyib.

Ukrayna dövlətinin başçısı qeyd edib ki, əks halda o, Litvanın paytaxtına səfər üçün heç bir səbəb görmür, çünki o, “əylənmək üçün Vilnüsə getmək istəmir”.

“Ukrayna NATO-da olmadığı müddətdə aydın təhlükəsizlik zəmanəti almalıdır. Yalnız bu şərtlər daxilində görüşümüz məna kəsb edəcək. Əks halda, bu, növbəti siyasi gedişdir. Biz həm də tərəfdaşlarımıza sammit öncəsi müəyyən nəticələrə gəlməyə kömək etmək üçün çalışırıq”.

Son xəbərlər

Orphus sistemi