Vladimir Zelenski koronavirusdan sağaldı

Vladimir Zelenski koronavirusdan sağaldı "Testin nəticəsi mənfi olduğundan özümdə müsbət əhval-ruhiyyədəyəm"
Digər ölkələr
23 Noyabr , 2020 14:48
Vladimir Zelenski koronavirusdan sağaldı
Volodimir Zelenski
0 : 00
0 : 00

Koronavirusa yoluxmuş Ukrayna prezidenti Vladimir Zelenski növbəti COVID-19 testinin nəticəsinin mənfi olduğunu və adi rejimdə işinin başına qayıtdığını açıqlayıb.

“Report” “RİA Novosti”yə istinadən xəbər verir ki, o, bu barədə teleqram kanalında yayımladığı videomüraciətində ​​bildirib.

“Əhval-ruhiyyə xoşdur, temperatur 36,6 dərəcədir. Testin nəticəsi mənfi olduğundan özüm də müsbət əhval-ruhiyyədəyəm. Bankovadayam (Ukrayna prezidentinin ofisinin yerləşdiyi küçə - red.), işləyirik”, - o söyləyib.

Xatırladaq ki, V.Zelenski noyabrın 9-da koronavirusa yoluxduğunu bildirib.

Son xəbərlər

Orphus sistemi